Zaxarova niyə Rusiyanın Livan üzrə Paris Konfransına dəvət edilmədiyini açıqladı

Zaxarova niyə Rusiyanın Livan üzrə Paris Konfransına dəvət edilmədiyini açıqladı backend

Paris Yaxın Şərq problemlərinin Moskvasız həllinin qeyri-mümkün olduğuna məhəl qoymur.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O, Rusiya Federasiyasını Livan üzrə Beynəlxalq Paris Konfransına dəvət etməyən Fransanın mövqeyini belə şərh edib:

“Paris bu forumu çağırarkən həqiqətən nəyi rəhbər tutmuşdu – Livanda sülh maraqları, yoxsa onun anti-Rusiya kursunun ictimai nümayişi? Eyni zamanda, tarixi təcrübə tamamilə nəzərə alınmır: Yaxın Şərq problemlərinin kompleksi Rusiyasız həll edilə bilməz”, - Zaxarova bildirib.

O, həmçinin qeyd edib ki, Paris beynəlxalq münasibətlərdə məsuliyyətli və qərəzsiz iştirakçı kimi özünü göstərmək əvəzinə, Rusiya Federasiyasına hörmətsizliyini nümayiş etdirməyi vacib hesab edir. Zaxarova Yaxın Şərqdəki vəziyyətin yeni vətəndaş müharibəsinə çevrilə biləcəyi fikrini də qeyd edib.

QAZİLER.AZ

Diaspora