Tokayev Ukrayna ilə bağlı hansı planı dəstəklədiyini açıqlayıb

Tokayev Ukrayna ilə bağlı hansı planı dəstəklədiyini açıqlayıb backend

Qazaxıstan ümumən Çin və Braziliyanın Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh təşəbbüsünü dəstəkləyir.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Kazanda keçirilən sammitin “Autrich”/“BRİKS+” plenar iclasında Qazaxıstan lideri Kasım-Jomart Tokayev səsləndirib. Tokayevin sözlərinə görə, Astana BRİKS-ə üzv ölkələrin Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığını da bölüşür.

“Qazaxıstan ümumilikdə Çin və Braziliyanın Ukrayna ilə bağlı sülh planını dəstəkləyir. Ölkəmiz çoxlu sayda insan tələfatına və humanitar fəlakətə səbəb olan Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlı BRİCS-ə üzv dövlətlərin narahatlığını bölüşür”, - Tokayev bildirib.

Onun sözlərinə görə, yoxsulluq, qeyri-bərabərlik və təhsil çatışmazlığı kimi münaqişələrin əsas səbəblərini aradan qaldırmaq üçün birlikdə işləmək beynəlxalq siyasi həmrəyliyin gücləndirilməsinin açarı olaraq qalır. Tokayev qeyd edib ki, Qazaxıstan ÇXR-in qlobal təhlükəsizlik sahəsində beynəlxalq sabitliyin qorunması, suverenliyin qorunması və münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüsünü dəstəkləyir.

QAZİLER.AZ

Diaspora