Kazanda keçirilən BRİCS sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılan aktiv müzakirə videoya düşüb.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla məlumat verir. Sammitin yayımı ictimaiyyət arasında keçirilib.
Azərbaycan lideri ilə və Ermənistanın Baş naziri arasında nəyin müzakirə edildiyi dəqiqləşdirilməyib. Daha sonra hər iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan da dialoqa qoşulublar.
Qeyd edək ki, oktyabrın 23-də Azərbaycan prezidenti BRİCS sammitinin keçirildiyi Kazana gəlib. Hava limanında onu Tatarıstanın rəhbəri Rüstəm Minnixanov qarşılayıb.
QAZİLER.AZ