Ankaranın Qəhrəmankazan rayonunda TUSAŞ aerokosmik korporasiyasının binasına silahlı hücum Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana BRİCS ilə yaxınlaşmaq cəhdinə görə kollektiv Qərbdən xəbərdarlıq olub.
Qaziler.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı türkiyəli politoloq və blogerlərə istinadən yazır. Telekanalın məlumatına görə, onlar hadisəni Türkiyə lideri üçün “qara işarə” adlandırıblar.
Nəşr iddia edir ki, türk blogerləri terror aktını törətməkdə uzun illər kürdlərin milli-ərazi muxtariyyətinin yaradılması uğrunda mübarizə aparan Kürdüstan Fəhlə Partiyasından şübhələnirlər. Hücumun xarici kəşfiyyat xidmətlərindən birinin iştirakı ilə həyata keçirildiyi barədə də məlumatlar yayılır. İddialardan heç biri digəri rəsmi təsdiqini tapmayıb.
Qeyd edilib ki, terror hadisəsi BRİCS sammitində iştirak etmək üçün Kzana gələn Ərdoğanla Putin arasında danışıqların başlamasına bir neçə dəqiqə qalmış baş verib.
QAZİLER.AZ