Rusiya Prezidenti Vladimir Putin BRICS sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə ikitərəfli görüş keçirir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, liderlər ticari-iqtisadi əlaqələrin inkişafı perspektivlərini, eləcə də Türkiyə ərazisində beynəlxalq qaz qovşağının yaradılması layihəsini müzakirə edəcəklər.
Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl Putin Ankarada törədilmiş terror aktını qınayıb və bununla əlaqədar Ərdoğana başsağlığı verib.
"İşimizə başlamazdan əvvəl terror aktı ilə əlaqədar sizə başsağlığı vermək istərdim. Mediada Türkiyədə terror aktı baş verdiyi barədə məlumatlar çıxıb", - Rusiya lideri bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya və Türkiyə liderləri son dəfə Şanxay Əməkdaşlıq Təşkilatının iyul ayında Astanada baş tutmuş sammitindən əvvəl görüşmüşdü.