Rəsmi Bakıdan Türkiyədə baş verən terror aktına reaksiya - FOTO

Rəsmi Bakıdan Türkiyədə baş verən terror aktına reaksiya - FOTO backend

Azərbaycan Xarici İşlər Nazirliyi Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasında baş verən terror aktını pisləyib.

Qaziler.az xəbər verir ki, nazirlik “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib:

“Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını qətiyyətlə pisləyirik! Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, - paylaşımda deyilir.

Diaspora