Ukrayna Xarici İşlər Nazirliyi BMT-nin baş katibi Antonio Quterreşin Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək sammitə dəvətdən imtina etdiyinə, lakin Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcəyinə diqqət çəkib.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu haqda müvafiq yazı Ukrayna XİN-in “X” sosial şəbəkəsində dərc edilib.
“BMT-nin baş katibi Ukraynanın İsveçrədə keçiriləcək ilk qlobal sülh sammitinə dəvətini rədd etdi. Bununla belə, o, Kazana səfər dəvətini qəbul etdi”, - idarədən vurğulayıblar.
Qeyd edək ki, BRİCS sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək. Tədbir zamanı Rusiya prezidenti Vladimir Putin səhərdən axşama kimi ikitərəfli və çoxtərəfli formatda görüşlər marafonunu keçirəcək.
QAZİLER.AZ