Rusiya Qərbin Moldovada seçki prosesinə açıq müdaxiləsini görür.
Qaziler.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O, qeyd edib ki, Aİ nümayəndələri açıq şəkildə respublikanın hazırkı hakimiyyəti üçün təbliğat aparırlar.
“Bütün bunlar Qərbin Moldovada seçki prosesinə aşkar müdaxiləsi fonunda baş verib. Avropa İttifaqına üzv ölkələrin siyasətçiləri Kişinyova çoxsaylı səfərləri zamanı hazırkı Moldova rəhbərliyini və onun Avropa layihəsi adlandırılan layihəni dəstəkləmək üçün açıq kampaniya aparıblar”, - Zaxarova vurğulayıb.
QAZİLER.AZ