Rusiyalı publisist, aparıcı Yevgeni Ponasenkov ölkəsində xarici agent kimi tanınıb.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, Ponasenkovun fəaliyyətində aparılan plandankənar auditin nəticələrinə əsasən, xarici təsirin müxtəlif formaları müəyyən edilib. 2022-ci il aprelin 15-dən 2023-cü il aprelin 14-dək olan müddətdə o, dəfələrlə Rusiyanın hüdudlarından kənara, əsasən İtaliyaya səfər edib və Rusiya əleyhinə materiallar hazırlayıb.
Bundan əlavə, bildirilib ki, Ponasenkov öz videolarında dəfələrlə Rusiyanı AB ölkələrinin hökumət sisteminə uyğunlaşdırmağa çağırıb.