“İndi Rusiya və Ukrayna arasında danışıqlar üçün uyğun vaxt deyil”.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Litva prezidenti Qitanas Nauseda deyib. Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin öz üstünlüyünə əmindir.
“Hazırda o, üstünlüyü əlində saxlayıb və Ukraynanı küncə sıxışdırır. Bu, danışıqlara başlamaq üçün ən pis məqamdır, çünki o, Rusiyanın daha güclü tərəf olduğunu düşünür”, - Nauseda bildirib.
QAZİLER.AZ