Rusiya Cənubi Qafqazda hərbi mövcudluğunu məhdudlaşdıra bilər

Rusiya Cənubi Qafqazda hərbi mövcudluğunu məhdudlaşdıra bilər backend

Rusiyanın həm Ermənistanda, həm də Azərbaycanda mövcudluğu, Qərbin sanksiyaları altında Rusiyanın xarici ticarətdə üzləşdiyi problemlərə vurğu edilməklə yenidən formatlaşdırılır.

Qaziler.az xəbər verir ki, bunu “NEWS.am”ın müxbiri ilə söhbətində rusiyalı politoloq Andrey Areşev deyib.

Onun fikrincə, bu məsələdə qarşılıqlı faydalı əlaqələr olacaq və onlar təkcə dövlət qurumları deyil, ayrı-ayrı şirkətlər, korporasiyalar səviyyəsində də inkişaf edəcək.

“Azərbaycanın timsalında, Ermənistanda enerji sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir, bizim də öz məhsul qruplarımız var.

Təhlükəsizlik məsələlərinə gəlincə, vəziyyət dəyişir. Türkiyə daha çox əhəmiyyət kəsb edir, çünki təkcə Bakı deyil, İrəvan da bununla razılaşır.

Eyni zamanda, Rusiya yeni yaranan şərtlər çərçivəsində hərəkət edəcək. Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğunun daha da azaldılması ilə bağlı addımları istisna etmək olmaz. Əgər Ermənistan-Türkiyə münasibətləri normallaşarsa, Gümrüdə Rusiya bazasının olması mənasız olacaq”, - ekspert əlavə edib.

QAZİLER.AZ

Diaspora