Zaxarova: "Cənubi Koreya KXDR-i ciddi qəbul etməlidir"

Zaxarova: "Cənubi Koreya KXDR-i ciddi qəbul etməlidir" backend

"Cənubi Koreya Şimali Koreyanın xəbərdarlıqlarını ciddi qəbul etməlidir".

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova səsləndirib. Diplomat həmçinin Seula təxribat xarakterli yarımadada vəziyyəti gərginləşdirməyi dayandırmağı tövsiyə edib. Zaxarova həmçinin Rusiyanın Şimali Koreyaya PUA hücumlarını necə qiymətləndirdiyini də açıqlayıb.

“Seulun bu cür hərəkətləri KXDR-in suverenliyinə kobud qəsddən, habelə müstəqil dövlətin qanuni dövlət-siyasi sistemini məhv etmək və onu müstəqil inkişaf hüququndan məhrum etmək məqsədilə daxili işlərə müdaxilədən başqa hesab edilə bilməz”, -  Xarici İşlər Nazirliyinin saytında qeyd olunub.

Zaxarovanın sözlərinə görə, Cənubi Koreya hakimiyyəti gərginliyin daha da artmasına təkan verən kampaniya ilə vəziyyəti gərginləşdirir. İdarənin nümayəndəsi əmindir ki, bu, real silahlı insidentlərlə doludur.

QAZİLER.AZ

Diaspora