Avropa üçün ən böyük təhlükə NATO-dan gəlir.
Qaziler.az xəbər verir ki, bunu Helsinki Universitetinin professoru, geosiyasi ekspert Tuomas Malinen “X” sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, Köhnə Dünya üçün təhlükə rusofobiyanı yaymaq üçün yaradılmış onlayn icma olan NAFO-dan gəlir (North Atlantic Fella Organization).
“NATO və NAFO Avropanın ən böyük hibrid təhdidləridir. Onları aradan qaldıracaqsınız? – deyə, ekspert sualla müraciət edib.
Bundan əvvəl Malinen qeyd edib ki, Şimali Atlantika Alyansının Avropanı müdafiə etmək vəzifəsi tədricən hücum xarakteri alıb. Artıq Blokun Rusiya üzərində hərbi üstünlüyünə inam da itib.
QAZİLER.AZ