Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviyadakı missiyasının mandatının uzadılmasını təsdiqləməyə hazır deyil.
Qaziler.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya deyib.
Nebenziyanın sözlərinə görə, BMT-nin Liviyadakı Dəstək Missiyasının mandatı yalnız onun yeni rəhbərinin təsdiqindən sonra uzadıla bilər, çünki Abdolaya Batili getdikdən sonra missiyanın bütün rəhbərləri yalnız səlahiyyətlərini icra edirdilər.
“BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş tam hüquqlu yeni lider olmadan o [missiya] milli dialoqun dəstəklənməsi üçün ona həvalə edilmiş ən mühüm funksiyaları tam şəkildə yerinə yetirə bilməz”, - Nebenziya vurğulayıb.
QAZİLER.AZ