Niyə Zelenski 2025-ci ilə qədər müharibəyə son qoymaq istəyir?

Niyə Zelenski 2025-ci ilə qədər müharibəyə son qoymaq istəyir? backend

"Ukrayna prezidenti Volodimir Zelenski Qərbdən kömək olmadığına görə 2025-ci ilə qədər münaqişəyə son qoymaq istəyir".

Qaziler.az bildirir ki, bu fikirləri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa “NEWS.ru” ilə söhbətində deyib. Parlamentari bunun fakt olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Qərbin köməyi olmadan Ukrayna hərbi əməliyyatlar keçirə bilməyəcək.

“Bu, Zelenskinin bəyanatı deyil, Qərbin Ukraynaya yardımı yavaş-yavaş ixtisar etdiyinin və bu yardım olmadan mübarizənin uzadılmasının mümkünsüzlüyünün bəyanatıdır. Ona görə də Zelenskiyə heç bir kömək olmayacağını başa salırlar. Beləliklə, bütün bunların tezliklə bitməsi ehtimalı var”, - Çepa bildirib.

QAZİLER.AZ

Diaspora