Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Kremlə gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə “Kreml. Xəbərlər" teleqram kanalı məlumat yayıb.
Yaxın zamanda iki ölkə lideri arasında danışıqlar başlayacaq.
Məlumatda qeyd edilib ki, Azərbaycan prezidenti İlham Əliyev də Rusiyada səfərdədir və bir qədər əvvəl Kremldə Rusiya prezidenti ilə danışıqlar aparıb.
Hər iki ölkənin liderləri ilə görüşlərin əsas mövzusu Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasıdır.
QAZİLER.AZ