İlham Əliyev Putini ad günü münasibətilə bir daha təbrik etdi - VİDEO

İlham Əliyev Putini ad günü münasibətilə bir daha təbrik etdi - VİDEO backend

Azərbaycan prezidenti İlham Əliyev Rusiya lideri Vladimir Putini ad günü münasibətilə bir daha təbrik edib.

Qaziler.az xəbər verir ki, bu, Rusiyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşündə olub. Danışıqlar Kremlin saytında yayımlanıb.

 İlham Əliyev həmçinin qeyd edib ki, Moskva ilə Bakı arasında münasibətlərin dinamikası kifayət qədər nəzərə çarpır.

“Fürsətdən istifadə edərək bir daha sizi doğum gününüz münasibətilə təbrik etmək istəyirəm. Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Avqustda Bakıda qəbul olunmuş qərarların icrası çərçivəsində müxtəlif strukturların nümayəndələri, hökumət üzvləri səviyyəsində çoxlu təmaslar olub”, - deyə Azərbaycan lideri vurğulayıb.

Əliyev şəxsən görüşmək imkanına görə Putinə təşəkkür edib. O qeyd edib ki, bu, Rusiya-Azərbaycan arasındakı layihələrinin müzakirəsi və artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün konkret addımların müəyyən edilməsi üçün yaxşı şansdır.

QAZİLER.AZ

Diaspora