"İsrail “HƏMAS”, “Hizbullah”, “Husilər” və İranın digər müttəfiqlərini məğlub etmək niyyətindədir".
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu İsrailin Moskvadakı səfiri Simone Halperin deyib.
“İsrailtəhdidləri reallaşdırdığını düşünən bu pisliyin kökünü məğlub edəcək”, - səfir 7 oktyabr hücumunun ildönümü ilə əlaqədar keçirilən xatirə gecəsində deyib.
İsrailin müdafiə naziri Yoav Qalant İranın nüvə infrastrukturuna zərbə endirmə ehtimalını istisna etməyib. Onun sözlərinə görə, İsrail öz hərəkətilərini Birləşmiş Ştatlarla yaxından əlaqələndirir, lakin lazım gələrsə, necə cavab zərbəsi endirəcəyi ilə bağlı müstəqil qərarlar verəcək.
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı evinə hücumdan sonra başlayıb. Ehtimallara görə, ev İsrail raketi ilə vurulub. HƏMAS hadisəyə görə İsraili günahlandırır. İsrail də öz növbəsində rəsmi olaraq məsuliyyəti qəbul etməyib.
QAZİLER.AZ