“Beynəlxalq ictimaiyyət nasist Almaniyasının lideri Adolf Hitleri dayandırdığı kimi İsrailin baş naziri Binyamin Netanyahunu da dayandıracaq”.
Qaziler.az xəbər verir ki, bu sözləri “X” sosial şəbəkəsindəki səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında münaqişənin başlanmasının ildönümünü ilə bağlı deyib. O, Təl-Əvivin siyasətini soyqırım adlandırıb və qeyd edib ki, yəhudi dövlətinin hakimiyyəti gec-tez hərəkətlərinin əvəzini ödəyəcək.
“Unutmaq olmaz ki, İsrail bir ildir törətdiyi və bu günə qədər törətməyə davam etdiyi bu soyqırımının əvəzini gec-tez ödəyəcək. Hitleri bəşəriyyətin ümumi birliyi dayandırdığı kimi, Netanyahu və onun cinayətləri də eyni şəkildə dayandırılacaq”, - o yazıb.
Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağında İsraillə Fələstinin HƏMAS hərəkatı arasında silahlı münaqişənin başlamasından düz bir il keçir.
QAZİLER.AZ