BMT-nin Baş katibi Antonio Quterreş BRİKS sammitində iştirak edəcək.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə BRİKS-in Rusiyadakı İnformasiya ofisinin rəhbəri Vladimir Kuznetsov bildirib.
“BMT Baş katibi Antonio Quterreş BRİKS sammitində dəvət olunmuş şəxs qismində iştirak edəcək. Biz gözləyirik ki, sammitdə 2030-cu il davamlı inkişaf gündəliyinin bütün məqsədlərinə nail olmaq və planetimizdə həyatı təhlükəsiz və firavan etmək üçün mühüm razılaşmalar əldə olunacaq”, - deyə Kuznetsov bildirib.
Xatırladaq ki, BRİKS-in növbəti sammiti bu il oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək.