Stoltenberq Kiyevin bir sıra ərazilərdən imtina etməli olacağını bildirdi

Stoltenberq Kiyevin bir sıra ərazilərdən imtina etməli olacağını bildirdi backend

Kiyev hakimiyyəti Rusiya Federasiyası ilə münaqişə nəticəsində itirdikləri ərazilərdən imtina etmək məcburiyyətində qala bilər.

Qaziler.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.

Stoltenberqdən Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiya ilə sülh danışıqlarında hansı məsləhəti verəcəyini soruşublar. O, cavabında SSRİ ilə Finlandiya arasında bağlanan sülh müqaviləsini xatırladıb.

“Finlər Qırmızı Orduya onların gözlədiyindən daha çox zərər vurmuşdular. Müharibə onların ərazilərinin on faizini verməsi ilə başa çatdı. Bununla belə, onlar təhlükəsiz sərhəd əldə ediblər”, – Şimali Atlantika Alyansının keçmiş baş katibi bildirib.

QAZİLER.AZ

Diaspora