ABŞ Gürcüstandakı vətəndaşlarına xəbərdarlıq edib

ABŞ Gürcüstandakı vətəndaşlarına xəbərdarlıq edib backend

ABŞ-nin Gürcüstandakı səfirliyi bu ölkədə qarşıdan gələn seçkilər ərəfəsində mümkün “spontan etiraz aksiyaları” barədə öz vətəndaşlarına xəbərdarlıq edib.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı səfirliyin müraciəti yayılıb.

“ABŞ vətəndaşlarına 26 oktyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Gürcüstanda çoxsaylı insanların toplaşması ehtimalına görə ehtiyatlı olmağı və diqqətli olmağı xatırladırıq.

Böyük insan kütlələri qeyri-müəyyəndir, xəbərdarlıq edilmədən aksiya iştirakçılar, hakimiyyət tərəfdarları və polis arasında qarşıdurmalar, zorakılıq baş verə bilər”, - ABŞ səfirliyinin müraciətində qeyd edilib.

Xatırldaq ki, bundan öncə Gürcüstan hakimiyyəti seçkilərdən sonra Qərbyönümlü QHT-lər tərəfindən təxribatların ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

Diaspora