BMT BRICS-in dünya siyasətində ölkələrin yeni elitasını təmsil etdiyini başa düşür.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti, hərbi politoloq Aleksandr Perendjiyev deyib. O, BMT-nin baş katibi Antonio Quterreşin BRİCS sammitində iştirak etmək istəyindən danışıb. Ekspertin fikrincə, G7 əvvəllər “elitar Qərb klubu” sayılırdı, lakin indi BRİCS-in daha böyük təsiri var.
“Düşünürəm ki, BMT-nin baş katibi BRİCS-in, ilk növbədə, dünya siyasətində artan təsirini anladığı üçün iştirak etmək istəyib və müəyyən mənada BRİKS ölkələrin yeni elitası kimi başa düşülür. Yəni, əgər əvvəllər bir növ elit Qərb klubu kimi G7 idisə, indi BRİCS haqqında belə düşünülür. Hətta belə bir anlayış var ki, BRİCS gələcəkdir, G7 isə keçmişdə qalacaq”, - politoloq deyib.
QAZİLER.AZ