İsrailin Livandakı quru əməliyyatına İran istəksizdir...

İsrailin Livandakı quru əməliyyatına İran istəksizdir... backend

“Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanda quru əməliyyatına başlaya bilər.

Qaziler.az xəbər verir ki, bunu Rusiyanın hərbi-iqtisadi araşdırmalar mərkəzinin direktoru Proxor Tebin “NEWS.ru”ya müsahibəsində deyib. Onun fikrincə, bu əməliyyatlar məhdud çərçivədə olacaq.

“Bölgədə bir neçə ölkəni əhatə edən böyük münaqişənin mümkün olmasına baxmayaraq, indi demək olar ki, bütün oyunçular, xüsusən də İran genişmiqyaslı müharibənin gərginləşməsinə və eskalasiyasına qarşı istəksizlik nümayiş etdirir”, - ekspert izah edib.

Ekspertin sözlərinə görə, Yaxın Şərqin bütün böyük dövlətləri İsrailin ABŞ-dən böyük dəstək aldığını anlayır.

“ABŞ hazırkı İsrail hökumətinin hərəkətlərindən bir qədər çaşqın olsa da, yenə də İsrailə hər cür yardım göstərir - həm hərbi, həm də siyasi. Bundan əlavə, onlar regionda öz hərbi mövcudluğunu artırırlar. İsrailin özü isə hərbi baxımdan planetin bu bölgəsində çox ciddi, hətta aparıcı qüvvədir. Bu amillər nəzərə alınmalıdır”, - Tebin əlavə edib.

QAZİLER.AZ

Diaspora