İsrailin Yaxın Şərqdəki hərbi əməliyyatlarının qlobal məqsədi NƏDİR?

İsrailin Yaxın Şərqdəki hərbi əməliyyatlarının qlobal məqsədi NƏDİR? backend

"İsrail regionda böyük münaqişənin başlaması üçün əlindən gələni edir".

Qaziler.az xəbər verir ki, bu fikirləri politoloq, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Gevorq Mirzayan “NEWS.ru”ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yəhudi dövlətinin hökuməti ABŞ-ni hərbi əməliyyatlara cəlb etməyi qarşısına məqsəd qoyub.

“İsrail bölgədə böyük müharibənin başlaması üçün əlindən gələni edir. İran təmkinli və hətta qərarsızlıq nümayiş etdirdikdə, Tel-Əviv növbəti addımı atır. O, Hizbullah və HƏMAS-a qarşı bir sıra əməliyyatlar həyata keçirib. Netanyahu hesab edir ki, müharibə lazımdır və bundan yayınmağa çalışan ABŞ-ni müharibəyə sürükləməyə çalışır”, - Mirzayan bildirib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında bildirib ki, Livanda Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi çox güman ki, Yaxın Şərq regionunda böyük müharibənin başlanmasına səbəb ola bilər.

QAZİLER.AZ

Diaspora