Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampla Nyu-Yorkda baş tutan görüşünü çox mənalı adlandırıb.
Qaziler.az xəbər verir ki, müvafiq açıqlama Zelenskinin şəxsi teleqram kanalında paylaşılıb.
Zelenskinin sözlərinə görə, respublikaçı ilə görüş “çox mənalı” olub. O, Trampa “qələbə planı”nı təqdim etdiyini açıqlayıb. Bundan əlavə, tərəflər Ukraynadakı vəziyyəti və Moskva ilə Kiyev arasındakı münaqişənin nəticələrini ətraflı müzakirə ediblər.
Zelenski bütün münaqişə tərəflərinin ədalətli sülhə ehtiyacı olduğunu vurğulayıb.
Qeyd edək ki, Zelenski ilə Tramp arasında görüş sentyabrın 27-də Nyu Yorkdakı “Trump Tower”də baş tutub.
QAZİLER.AZ