ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qor Azərbaycanın COP29-a ev sahibliyi etməsini gülünc adlandırıb.
Qaziler.az bildirir ki, bu barədə “NEWS.am” ANCA portalına istinadla yazıb.
“Bir neft ölkəsinin üç il dalbadal BMT-nin iqlim dəyişikliyi üzrə konfransına ev sahibliyi etməsi gülməlidir”, - ABŞ-nin keçmiş vitse-prezidenti deyib.
Albert Qor 2007-ci ildə ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə bağlı araşdırmalarına görə Nobel Sülh Mükafatına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan COP-29-a ilk dəfə ev sahibliyi edəcək.
QAZİLER.AZ