ABŞ prezidentliyinə namizəd Donald Tramp müşavirlərinin təzyiqi səbəbindən Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə razılaşa bilər.
Qaziler.az xəbər verir ki, bunu politoloq Yuri Svetov “Moskva 24” telekanalı ilə söhbətində deyib. O qeyd edib ki, Zelenski hansısa yolla Trampla münasibət qurmağa çalışır.
“Yəqin ki, Trampa müşavirləri tərəfindən çoxlu təzyiqlər olub. Görünür, Tramp seçilərsə, Zelenski rejimi ilə bütün əlaqələri kəsəcəyi ilə bağlı qorxuya düşməmələri üçün onları bir –biri ilə görüşməyə inandırıblar”, - ekspert izah edib.
Politoloq qeyd edib ki, Zelenskinin Tramp Ağ Evin rəhbəri olduğu vaxtdan onunla çətin münasibətləri olub. “Tramp qalib gəlsə, döyüşlər davam edəcək, lakin Ukraynaya ayrılan maliyyə azalacaq”, - Svetov deyib.
“Döyüşlər də eyni şəkildə davam edəcək. Ola bilsin ki, Tramp daha az pul verib, daha möhkəm nəzarət etməyə başlayacaq. Vladimir Putinin dediklərini xatırlamalıyıq: Rusiya Federasiyasına qarşı sanksiyalar Tramp tərəfindən qoyulmuşdu və Ukraynaya silah tədarükü də onun dövründə, hələ xüsusi hərbi əməliyyatlar olmadığı vaxtlarda həyata keçirilirdi”, - deyə ekspert şərhini yekunlaşdırıb.
QAZİLER.AZ