Paşinyan Ermənistanın sülhə nail olmaq üçün konstitusiyanı dəyişməyə hazır olduğunu açıqlayıb

Paşinyan Ermənistanın sülhə nail olmaq üçün konstitusiyanı dəyişməyə hazır olduğunu açıqlayıb backend

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsinin Ermənistanın əsas qanununa zidd olduğu qənaətinə gələrsə, sülh naminə konstitusiya dəyişikliklərinə ehtiyac yaranacaq.

Apa xəbər verir ki, Paşinyan bunu BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

“Azərbaycanla sülh müqaviləsi imzalanarsa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək və əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, o zaman biz elə bir vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə konstitusiya dəyişiklikləri zəruri olacaq”, - deyə o bildirib.

Diaspora