ABŞ prezidenti Co Bayden Yaxın Şərqdə genişmiqyaslı müharibənin mümkünlüyünü etiraf edib.
Qaziler.az xəbər verir ki, o bu barədə ABC televiziyasına müsahibəsində deyib. O əlavə edib ki, dünya İsrailin Livan və Fələstinlə münaqişəsinin həllinə nail olmağa qadirdir.
“Tam miqyaslı müharibə mümkündür, amma mən inanıram ki, ehtimal qalmaqdadır. Biz hələ də bütün regionu kökündən dəyişdirəcək nizamlanmaya nail ola bilərik”, - Bayden deyib.
Bayden ərəb dünyasının nizamlanma axtarışında olduğu fikrini ifadə edib. Onun sözlərinə görə, İsrail “bəzi yanaşmalarını dəyişməyə” razılaşarsa, region ölkələri onunla razılaşmağa hazırdır.
Amerika liderinin sözlərinə görə, Yaxın Şərqdəki münaqişənin həlli iki dövlətin Fələstin və İsrail həllini tələb edir. Onun qeydinə görə belə bir ssenari mümkündür.
QAZİLER.AZ