ABŞ-də Trampla Zelenskinin görüşünü kimin pozduğu açıqlanıb

ABŞ-də Trampla Zelenskinin görüşünü kimin pozduğu açıqlanıb backend

“Ukraynalı lobbiçilər ABŞ prezidentliyinə namizəd Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüşə mane olublar”.

Qaziler.az xəbər verir ki, bunu amerikalı politoloq Malek Dudakov deyib. “NEWS.ru” ilə söhbətində ekspert vurğulayıb ki, uğursuz danışıqlara görə məsuliyyət Zelenskinin ofisinin özündədir.

“Tramp və Zelenski arasındakı görüşün uğursuzluğuna görə məsuliyyət ukraynalı lobbiçilərin və bütövlükdə Zelenskinin ofisinin üzərinə düşür. ABŞ-yə səfərindən əvvəl Tramp və onun vitse-prezidentliyə namizədi Ceyms Vensin Ukrayna münaqişəsini həll etmək planı tənqid edilib. Bu, respublikaçılar arasında rədd cavabına səbəb oldu”, - Dudakov açıqlamasında deyib.

Politoloq qeyd edib ki, Zelenski seçkinin əsas ştatlarından biri olan Pensilvaniyaya səfəri ilə Demokratların namizədi Kamala Harrisə sadiqliyini nümayiş etdirib. Onun fikrincə, respublikaçılar bunu yanlış hesab ediblər.

Ekspert qeyd edib ki, ABŞ Konqresinin spikeri Mayk Conson da Zelenski ilə görüşmək istəmir. Dudakov aydınlaşdırıb ki, bu, Ukrayna lobbiçiləri üçün daha bir mənfi məqamdır.

“Düşünürəm ki, ukraynalılar respublikaçılarla əlaqə və ünsiyyət qurmaq istəyirdilər, lakin bu alınmadı. Məhz Tramp komandası ilə əlaqə yaratmaq mümkün deyil. Tramp qalib gəlsə, onları çoxlu pis sürprizlər gözləyəcək. Harris qalib gəlsə belə, Ukraynaya tranşların həcmi azalacaq və ümumiyyətlə, amerikalılar məsuliyyəti avropalıların üzərinə atacaqlar”, - deyə amerikalı politoloq fikirlərini yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora