"Azərbaycanda sabit siyasi sistem mövсuddur". Trend-in məlumatına görə, Rusiya İnnovasiya İnkişaf İnstitutunun Strateji Analiz Mərkəzinin direktoru Andrey İvanov Seçki-2015.az saytına açıqlamasında belə deyib.
Onun sözlərinə görə, bu seçkilər ölkədə dövlət institutlarının demokratiya nümayişi kimi qəbul olunur.Qərbin Azərbaycana təzyiq cəhdlərinə münasibət bildirən A.İvanov hesab edir ki, bunun bir neçə səbəbi var: “İlk növbədə Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Azərbaycan Qərbin heç bir geosiyasi “oyunlarına” qoşulmur, müstəqil, milli maraqlara uyğun siyasət aparır. Digər ikinci bir səbəb isə Qərb ictimaiyyətinin və siyasətçilərinin baxışlarıdır. Onlar hələ də “illüziyalarla” yaşayırlar. Amma bu tənqidlərə çox da əhəmiyyət vermək lazım deyil”.