Onur Öymen: “Azərbaycana qarşı əsassız iddialar...”

Onur Öymen: “Azərbaycana qarşı əsassız iddialar...” backend

Azərbaycanda parlament seçkilərinin xalqın iradəsinə uyğun və demokratik şəkildə keçiriləcəyinə inanırıq. Çünki ölkəniz bu istiqamətdə müsbət təcrübəyə sahibdir. Bunu Secki-2015.az saytına açıqlamasında London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun üzvü Onur Öymen deyib.

O.Öymen Azərbaycanın sürətlə inkişaf edən ölkə olduğunu qeyd edib:

“Bu inkişaf sosial sferaya təsir etdiyi kimi, siyasi sahəyə də müsbət təsir göstərir. Bu baxımdan, seçkilərin gözəl bir nümunə olacağını hesab edirəm”.

O.Öymən bir sıra Qərb strukturlarının seçki öncəsi Azərbaycana təzyiqlərindən də danışıb:

“Bu gün Avropada insan haqları və demokratiya kimi dəyərləri siyasi məqsəd üçün alətə çevirənlər mövcuddur. Təəssüf ki, onlara dəstək böyükdür. Çünki bu təşkilatlardan bəzi qüvvələr öz məqsədləri üçün istifadə edirlər. Demokratiya və insan haqları da onlar üçün sadəcə məqsədə çatmaq üçün təzyiq vasitəsidir. Bu təzyiq vasitəsindən Türkiyəyə və Azərbaycana qarşı da istifadə edirlər. Hesab edirəm ki, seçki öncəsi insan haqları və demokratiya adı altında Azərbaycana qarşı irəli sürülən əsassız iddialar və təzyiqlər bəzi qüvvələrin siyasi məqsədinə xidmət edir”.
Diaspora