BMT-nin baş katibi Antonio Quterreş sentyabrın 26-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmağı planlaşdırır.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
"Bəli, hələlik görüş cümə axşamına planlaşdırılıb", - o, BMT Baş Assambleyasında deyib.
Qeyd edək ki, sentyabrın 10-da Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb.
QAZİLER.AZ