Bayden Rusiya ilə bağlı suala cavab verməkdən yayındı

Bayden Rusiya ilə bağlı suala cavab verməkdən yayındı backend

ABŞ prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə dərin zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadəsinə qoyulan qadağanın mümkün ləğvi fonunda Vaşinqtonun Rusiya ilə müharibəyə hazır olub-olmaması ilə bağlı sualına cavab verməyib.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.

Nəşr qeyd edib ki, BMT Baş Assambleyasının keçirildiyi əraziyə daxil olan Amerika lideri səssizcə iclas otağına doğru addımlayıb.

Bayden çıxışı zamanı bildirib ki, Birləşmiş Ştatlar “ədalətli və davamlı sülh” gələnə qədər Ukrayna hakimiyyətini dəstəkləməyə davam edəcək.

QAZİLER.AZ

Diaspora