Ərdoğan Vaşinqtona inamın azaldığını bildirdi

Ərdoğan Vaşinqtona inamın azaldığını bildirdi backend

“ABŞ-nin Türkiyənin müdafiə sənayesinə qarşı sanksiyaları Ankaranın NATO müttəfiqi kimi Vaşinqtona inamını sarsıdır".

Qaziler.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu açıqlamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfəri zamanı verib. Onun sözlərinə görə, məhdudiyyətlər “Alyansın ruhuna” ziddir.

“NATO müttəfiqimiz olan ABŞ-nin Türkiyəyə qarşı müdafiə sənayesinə tətbiq etdiyi tədbirlər və məhdudiyyətlər inam hissinə mənfi təsir göstərir. Həmçinin aydındır ki, CAATSA sanksiyaları və bizim “F-35” proqramından kənarda qalmağımız Alyansın ruhuna ziddir”, – deyə Ərdoğan bildirib.

Həmçinin ABŞ-də Ərdoğan bildirib ki, müəyyən lobbilər 2022-ci ildə İstanbulda Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların məqsədlərinə çatmasını istəməyiblər. Onun sözlərinə görə, Ankara Ukrayna münaqişəsinin həlli üçün səylər göstərib və gələcəkdə də göstərəcək.

QAZİLER.AZ

Diaspora