"Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə görüşdən sonra təslim olmayacaq, çünki o, mübarizəni davam etdirmək istəyir".
Qaziler.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Boqdan Bezpalko deyib. “NEWS.ru” ilə söhbətində ekspert vurğulayıb ki, Ukrayna lideri və komandası üçün hərbi əməliyyat yeganə xilas yoludur.
Politoloqun fikrincə, Zelenski münaqişənin davam etdirilməsində şəxsən maraqlıdır. Sülh planı elan olunarsa, çox güman ki, bu, Rusiya üçün qəbuledilməz olacaq.
“Onun özü də müharibənin davam etdirilməsində maraqlıdır. Sülh planı səslənərsə, çox güman ki, bu, Rusiya üçün tamamilə qəbuledilməz olacaq. Rusiya bundan qəti şəkildə imtina edəcək. Müvafiq olaraq, yalnız bir çıxış yolu olacaq: mübarizəni davam etdirmək. Bu isə pul, silah, vəsait istəmək, müdafiə, başqa ölkələrin, muzdluların müharibədə iştirak etməsi deməkdir”, - deyə ekspert fikirlərini yekunlaşdırıb.
QAZİLER.AZ