Azərbaycanın nümayəndə heyəti BMT-nin Gələcək Sammitində iştirak edir.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Yalçın Rəfiyev sosial şəbəkədə bildirib.
“Gələcək Sammiti Gələcək naminə Paktının qəbulu ilə yenicə başlayıb. Sammit bütün bəşəriyyət və gələcək nəsillər naminə iqlim böhranı da daxil olmaqla, indi və gələcəkdə qarşılaşdığımız problemləri necə idarə edəcəyimizi müzakirə etmək üçün platforma olacaq”, – o yazıb.