Ermənilər Qarabağdan köçür – Erməni deputat

Ermənilər Qarabağdan köçür – Erməni deputat backend

“İrs” fraksiyasının üzvü Zaruhi Postancyan partiyanın iclasında Ermənistan təhlükəsizlik orqanlarının fəaliyyətini tənqid atəşinə tutub. Axar.az Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verir ki, Zaruhi Postancyan Ermənistan-Azərbaycan sərhədində atəşkəsin sistemli pozulması, hərbi qulluqçular arasında qurbanlar, cəbhə bölgəsindəki əhalinin evlərini tərk etmələri barədə yayılan xəbərlərin təhlükəsizlik orqanları tərəfindən inkar edildiyini bildirib.

O, şəxsən Tavuş əyalətinə və Dağlıq Qarabağ bölgəsinə baş çəkərək əhalinin kəndləri tərk etməsinə dair yayılmış informasiyaları təsdiqləyib:

“Sakinlərin bir qismi artıq kəndləri tərk edib, qalanları isə köçməyə yerlərinin olmaması səbəbindən, yerli icra və təhlükəsizlik orqanlarının təzyiqlərinə məruz qaldıqlarından məcburən kənddə qaldıqlarını bildiriblər. Belə xəbərləri ört-basdır edən ölkənin təhlükəsizlik orqanları cinayətkar Sərkisyan rejimini müdafiə edir”.

Erməni deputat Ermənistanda konstitusiya dəyişiklikləri əvəzinə hakimiyyətdə dəyişikliyin zəruriliyini vurğulayaraq noyabr ayının 1-dən hər kəsi “İrs” partiyasının da qatıldığı “Yeni Ermənistan” ictimai qurtuluş cəbhəsinə qoşulmaqla ölkənin bütün yerlərində təşkil olunan etiraz yürüşlərində iştirak etməyə səsləyib.
Diaspora