Oktyabr ayında Kazanda keçiriləcək BRİCS sammitində İran Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayacaq.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin rəsmi hüquqi informasiya portalında dərc olunmuş sərəncamında məlumat verilib.
“Bu sərəncamda nəzərdə tutulmuş sazişin ən yüksək səviyyədə imzalanmasını məqsədəuyğun hesab edirəm”, - sənəddə qeyd olunub.
Vladimir Putin də Rusiya Xarici İşlər Nazirliyinin təklifini dəstəkləyib.
QAZİLER.AZ