Səməd Seyidov AŞPA-ın iclasında iştirak edəcək

Səməd Seyidov AŞPA-ın iclasında iştirak edəcək backend

Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər komitəsinin iclasında iştirak etmək üçün noyabrın 3-dən 5-dək Fransada səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Paris şəhərində keçiriləcək toplantıda qurumun Cənubi Qafqaz üzrə məruzəçisi Robert Uolterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” mövzusunda məruzəsinin ilkin variantı müzakirə ediləcək.

Toplantıda həmçinin, Suriyada muzdlu döyüşçülər problemi, Kosovoda və Belarusda vəziyyət, Ukraynada baş verən hadisələrin siyasi nəticələri və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Diaspora