Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olub - FOTO - VİDEO

Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olub -  FOTO - VİDEO backend

Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri bu gün Kəlbəcərə səfər çərçivəsində “İstisu” mineral su zavodunda olub.

Apa xəbər verir ki, qonaqlar müəssisə ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.

Diplomatlara məlumat verilib ki, “İstisu” mineral su zavodu uzun illər Kəlbəcərin keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyu 30 illik müddətdən sonra yenidən istehsal etməyə başlayıb.

Bildirilib ki, Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına ilk dəfə 1976-cı ildə başlanılıb. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində istehsal dayanıb.

Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb.

Zavodun açılışı bu il sentyabrın 2-də baş tutub. Açılışda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Qonaqlara zavodda istehsalı olunan “İstisu” mineral suyu barədə ətraflı məlumat verilib. Diplomatlar zavodu gəzib, istehsal prosesi ilə tanış olub, suyun dadına baxıblar.

Diaspora