“Moskvoskiy Komsomolets” : Azərbaycan müstəqil siyasət aparmaqda davam edir

“Moskvoskiy Komsomolets” : Azərbaycan müstəqil siyasət aparmaqda davam edir backend

ATƏT müşahidə missiyasını Azərbaycana göndərməsə də, Bakıya çoxlu sayda əcnəbi müşahidəçilər gələcək. Bu fikirlər Rusiyanın "Moskovskiy Komsomolets” qəzetində Azərbaycanda seçkilərə hazırlıqla bağlı dərc edilən yazıda yer alıb.

Müəllif yazır ki, təkcə Avstraliyadan seçkiləri izləmək üçün 8 müşahidəçi gələcək. 40-da çox beynəlxalq təşkilat, 500-dən çox beynəlxalq müşahidəçi seçkiləri izləyəcək. Bəzi Qərb dairələrinin Azərbaycanla bağlı qərəzli iddialarına toxunan müəllif bildirir ki, bu təzyiqlərə baxmayaraq, Azərbaycan müstəqil siyasət yürütməkdə davam edir.

Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini vurğulayan rusiyalı jurnalist əlavə edir ki, ölkədə son 10 ildə ÜDM 5 dəfə, xarici investisiyalar 2 dəfə artıb. Yazıda deyilir: “Dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycan iqtisadiyyatı inkişaf edir, sosial layihələrin icrası davam etdirilir”.
Diaspora