"Ukrayna xüsusi əməliyyat başlamazdan əvvəl Rusiya ilə münaqişəni həll etmək üçün Braziliya ilə qarşılıqlı əlaqədə olmalı idi. Çünki bu gün ölkə rəhbərliyi Ukraynanın tərəfini tutmaq niyyətində deyil və danışıqların mümkün qədər tez başlamasında israrlıdır".
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Braziliya prezidenti Lula da Silva deyib.
“Braziliyanın Ukrayna və Rusiya arasında müharibədə iştirak etməməsi vacibdir. Buna görə də Braziliyanın müharibə tərəfdarı deyil, sülh tərəfdarı olduğumuzu söyləməsi vacibdir”, - deyə da Silva bildirib.
Braziliya lideri vurğulayıb ki, indi danışıqlar aparmaq istəyənlər bunu hərbi münaqişə başlamazdan əvvəl edə bilərdilər.
Xatırladaq ki, Ukrayna lideri Volodimir Zelenski Braziliya və Çinin Ukrayna münaqişəsini həll etmək planını “dağıdıcı” adlandırmışdı. Zelenskinin fikrincə, Braziliya hökuməti Ukrayna münaqişəsinin həllində “Rusiyanı dəstəkləyir”.
QAZİLER.AZ