ABŞ prezidenti Co Bayden və Demokratlar Partiyasından prezidentliyə namizəd, vitse-prezident Kamala Harris Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa ikinci sui-qəsd cəhdinə görə məsuliyyət daşıyırlar.
Qaziler.az xəbər verir ki, bunu siyasətçinin özü “Fox News”a müsahibəsində deyib. Ağ Evin keçmiş rəhbərinin fikrincə, siyasi rəqiblərinin “ritorikası” günahkardır.
"O (sui-qəsddə şübhəli bilinən şəxs) Bayden və Harrisin sözlərinə inandı və onlara uyğun hərəkət etdi", - Tramp deyib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Donald Trampın həyatına təkrar sui-qəsd cəhdini şərh edərkən ABŞ-da siyasi mübarizənin kəskinləşdiyini qeyd edib.
QAZİLER.AZ