Bakıda Türkiyənin Cümhuriyyət Günü qeyd edildi

Bakıda Türkiyənin Cümhuriyyət Günü qeyd edildi backend

“Türkiyә Cümhuriyyәtinin qurulmasının 92-ci ildönümünü Azәrbaycanda keçirmәkdәn qürur duyuruq". APA TV-nin mәlumatına görә, bu sözlәri Türkiyәnin Azәrbaycandakı sәfiri İsmayıl Alper Coşkun bu münasibәtlә Bakıda keçirilәn qәbulda deyib.

Onun sözlәrinә görә, iki ölkә ortaq tarixi keçmişә malik, gәlәcәyә doğru birgә addımlayan qardaş ölkәlәrdir. Daha sonra sәfir Türkiyәnin prezidenti Rәcәb Tayyip Әrdoğanın müstәqillik günü ilә bağlı tәbrik mesajını oxuyub.

Tәdbirdә çıxış edәn Azәrbaycan baş nazirinin müavini Abid Şәrifov tarix boyu Azәrbaycanın hәmişә Türkiyәnin yanında olduğunu deyib: "Dağlıq Qarabağ münaqişәsi ilә bağlı Türkiyә hәmişә Azәrbaycanı dәstәklәyib. İki ölkә arasında münasibәtlәr böyük dostluq vә qardaşlığın nümunәsidir. Bütün sahәlәrdә qarşılıqlı әmәkdaşlıq inkişaf edir. Әlaqәlәrin inkişafı üçün daha böyük potensial var".

Abid Şərifov bildirib ki, iqtisadi münasibәtlәrin әsasını qarşılıqlı sәrmayә qoyuluşları, enerji vә nәqliyyat layihәlәri tәşkil edir. Ticarәt dövriyyәsi sürәtlә artır. Azәrbaycanda xarici şirkәtlәrin 30 faizini Türkiyә şirkәtlәri tәşkil edir.

Diaspora