Noyabrın 2-də Ermənistanın Lori vilayətində milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşı Turqay Mikaylovun məhkəməsi keçiriləcək. APA-nın "news.am"a istinadən verdiyi məlumata görə, iddiaya əsasən Faxralı kənd sakini, 35 yaşlı T. Mikayılov 2015-ci ilin 23 iyun tarixində, axşam saat 21:00 radələrində Lori rayonunun Dzyunaşox kəndi istiqamətində Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçib. Fakt üzrə "sərhədi qanunsuz keçmə" maddəsi ilə cinayət işi açılıb. Bu maddə 100 min dram məbləğində cərimə və ya 3 il müddətinə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Xatırladaq ki, T. Mikayılovun qohumu Bahar Mikayılova APA-ya açıqlamasında onun yolu azaraq Ermənistanın Cücə kəndinə keçdiyini açıqlayıb. Həmin kənd sakinləri onu saxlayaraq Ermənistan sərhədçilərinə təhvil veriblər.Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi başlayır

