Bu gün seçicilərlə təmaslarını davam etdirən 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev Koroğlu Rəhimov 53-A ünvanında yaşayan seçicilərin dəvəti ilə onların yaşadığı binada olub. Namizədin seçki qərargahının mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, seçicilərinin müraciətlərini dinləyən və problemləri ilə yerindəcə tanış olan Azay Quliyev qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq addımlar atacağını bildirib.
Gün ərzində Seçki Qərargahında 100-dən artıq seçici ilə fərdi və kollektiv görüş keçirən Azay Quliyev yenidən deputat seçiləcəyi təqdirdə müvafiq dövlət qurumlarının dəstəyi ilə mövcud problemlərin aradan qaldırılmasına yardım edəcəyini deyib.

Seçicilər Azay Quliyevdən gözləntilərinin böyük olduğunu və 1 noyabrda mütəşəkkilliklə seçki məntəqələrinə gələrək ona səs verəcəklərini vurğulayıblar.

