Birləşmiş Ştatlar öz müttəfiqlərinə nüvə zəmanətlərinin verilməsi ilə bağlı dünyanı aldadır.
Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının rəyasət heyətinin fəxri sədri Sergey Karaqanov “Kommersant”a müsahibəsində səsləndirib. O, beynəlxalq ictimaiyyətin “yanlış fikirlər buludunda" olduğunu deyib.
Politoloq qeyd edib ki, Soyuq Müharibə illərində ABŞ SSRİ-nin “nüvə silahlarının arxasında gizlənərək tank kolonlarında Qərbə doğru soxulmaq” ssenarisinə icazə verib. Belə olan halda Vaşinqton Almaniya ərazisinə zərbə endirməyi planlaşdırırdı, deyə politoloq qeyd edib.
Ekspert hesab edir ki, nüvə doktrinası dəhşətli dərəcədə köhnəlib. Onun fikrincə, Rusiya nəinki onu sərtləşdirməli, həm də Ukraynada NATO-nu dəstəkləyən ölkələrə qarşı nüvə silahından istifadə etməyə hazır olduğuna dair aydın mövqe ortaya qoymalıdır.
QAZİLER.AZ