Paşinyan: "Azərbaycana 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edirik"

Paşinyan: "Azərbaycana 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edirik" backend

"Ermənistan hökuməti Azərbaycana 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edir".

TASS xəbər verir ki, bu barədə parlamentdə baş nazir Nikol Paşinyan bəyan edib.

"Biz 16 maddədən ibarət sülh müqaviləsi imzalamağı təklif edirik, onların hamısı üzrə razılaşdırılmış məzmun var", - deyə o qeyd edib.

Paşinyanın fikrincə, Ermənistan və Azərbaycan iki ölkə arasında mövcud olan bütün problemləri həll edəcək saziş imzalaya bilməz, ona görə də artıq razılaşdırılanları imzalamaq lazımdır.

Oxu.az

Diaspora